ADDA-nın doktorant, magistrant və gənc tədqiqatçılarının nəzərinə: NASCO 29 elmi konfransına sənəd qəbulu davam edir
Azərbaycan Dövlət Dəniz Akademiyasının doktorantları, magistrantları və gənc tədqiqatçıları 15-16 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində keçiriləcək Doktorantların və gənc tədqiqatçıların XXIX Respublika Elmi Konfransında (NASCO 29) iştiraka dəvət olunur.
Konfransla bağlı əsas məlumatlar:
- Keçirilmə tarixi:15-16 oktyabr 2026-cı il
- Sənəd qəbulu üçün son tarix : 1 oktyabr 2026-cı il
- İştirak formatı : Əyani və distant (onlayn videokonfrans).
Qeyd: Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə iştirakçıların maksimum 30%-nin distant formatda iştirakı mümkündür. Distant iştirakla bağlı müraciətlərə baxılarkən təqdim edilən məqalələrin tədqiqat istiqamətləri xüsusi olaraq nəzərə alınacaqdır.
Konfransda iştirak etmək istəyən şəxslər əlavə məlumat və sənəd qəbulu üçün ADDA-nın müvafiq kafedralarına və ya Elmi tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.




