Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Denizxeber.az bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan yerli vaxtla saat 05:05-də baş verib.Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.Zəlzələnin hiss olunması və hər hansı fəsad törətməsi barədə məlumat verilməyib.





