Xəzərdə qaldırıcı qurğu aşıb, işçi həyatını itirib

175

Xəzər dənizində yerləşən Qərbi Abşeron yatağının 50 saylı platformasında bədbəxt hadisə baş verib.

Denizxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı, çilingər Nizami Abbasov həyatını itirib.

Məlumata görə, hadisə qaldırıcı qurğunun işçinin üzərinə aşması nəticəsində baş verib. Faktla bağlı “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.

SOCAR AQŞ isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin digər təfərrüatları və qəzanın başvermə səbəbləri araşdırmanın nəticələrindən sonra məlum olacaq.