Biletinizin statusunu onlayn yoxlayın!
ASCO-nun tracking.asco.az platformasında təqdim olunan “Bilet yoxlanışı” xidməti vasitəsilə biletinizin statusunu və ondan istifadə olunub-olunmadığını asanlıqla yoxlaya bilərsiniz.
Bunun üçün platformaya daxil olaraq elektron bilet kodunu və ya bilet nömrəsini müvafiq bölməyə daxil etmək kifayətdir.
Sistem vasitəsilə bilet, avtomaşın və qoşqu məlumatları, biletin tipi, eləcə də gediş və dönüş hüququnun istifadə vəziyyəti barədə məlumat əldə etmək mümkündür.
Platformada, həmçinin vaqon, avtomaşın, konosament və konteyner üzrə yüklərin izlənməsi xidməti də mövcuddur.
Biletin statusunun necə yoxlanıldığını videoda addım-addım izləyə bilərsiniz.
#ASCO#AzərbaycanXəzərDənizGəmiçiliyi#TrackingASCO#BiletYoxlanışı#Yükİzləmə





