Qrenlandiya ərazisinin təxminən 80 faizini təşkil edən nəhəng buz örtüyü (“buz qalxanı”) artıq ardıcıl 30-cu ildir ki, kiçilməkdə davam edir. Danimarka və Qrenlandiyanın Milli Geoloji Xidmətinin (GEUS) alimləri bu prosesi qlobal istiləşmənin birbaşa nəticəsi və aydın “iqlim siqnalı” kimi qiymətləndirirlər.
Denizxeber.az bildirir ki, buz örtüyünün kütləsində sonuncu artım 1995/1996-cı illərin mövsümündə qeydə alınıb və həmin vaxtdan bəri itki kəsilmədən davam edir.
Buz qalxanı” təqribən 173 milyard ton buz itirib. İtki 130 milyard ton təşkil edib. Mütləq rekord 2012-ci ildə qeydə alınıb — həmin il itki 458 milyard tona çatmışdı. GEUS-un Qlyasiologiya və iqlim şöbəsinin tədqiqatçısı Siqne Hillerup Larsen bildirib ki, bir illik hava şəraiti uzunmüddətli iqlim meyllərini tam əks etdirə bilməz. Məhz 30 illik fasiləsiz kiçilmə dövrü qlobal istiləşmənin əriməni kəskin sürətləndirdiyini qəti şəkildə sübut edir.
Alimlərin xəbərdarlığına görə, Qrenlandiya buzlaqlarının bu templə əriməsi dünya okeanında suyun səviyyəsinin qalxmasına və sahilboyu dəniz infrastrukturuna birbaşa təhlükə yaratmaqda davam edəcək.





