Müasir gəmi donanması, zəngin əyləncə proqramları və əlverişli marşrutları ilə seçilən dünyanın aparıcı kruiz operatorlarından biri — Norwegian Cruise Line (NCL) Azərbaycanlı turistlər arasında böyük maraq doğurur. Şirkəti fərqləndirən əsas xüsusiyyətlərdən biri sərnişinlərə sabit cədvəl və geyim məhdudiyyəti qoymayan “Freestyle Cruising” (azad kruiz) konsepsiyasıdır.
Denizxeber.az bildirir ki, Bakıda fəaliyyət göstərən Cruises.az şirkəti NCL-in rəsmi tərəfdaşı olaraq Azərbaycan vətəndaşları üçün birbaşa bronlaşdırma və peşəkar məsləhət xidmətləri təqdim edir.
NCL Donanmasının Əsas Sinifləri:
- Prima Və Prima Plus Sinfi: Donanmanın en yeni gəmilərini birləşdirir — Norwegian Prima (2022), Norwegian Viva (2023), Norwegian Aqua (2025) və Norwegian Luna (2026). Bu gəmilərdə geniş kabinlər, “Ocean Boulevard” gəzinti zonaları və panoramic dəniz mənzərələri üstünlük təşkil edir.
- Breakaway Və Breakaway Plus Sinfi: 160 min tondan artıq tutuma malik meqa-gəmilərdir. Göyərtədə go-kart trasları, VR əyləncə mərkəzləri və çoxsaylı restoranlar mövcuddur.
- Epic Sinifi: Solo səyahət edənlər üçün xüsusi “Studio” kabinləri ilə məşhurdur.
- Xüsusi Sinif: Yalnız Havay adaları arasında seyr edən unikal Pride of America gəmisi.
Özəl Tropik Adalar Və Yeni Akvapark:
NCL sərnişinlərinə Karib dənizindəki özəl adalarında müstəsna istirahət təklif edir. Bahamalarda yerləşən Great Stirrup Cay adasında 4 sentyabr tarixində yeni “Great Tides Waterpark” akvaparkının açılışı planlaşdırılır.
Norwegian Cruise Line Group Germany GmbH şirkətinin Şərqi Avropa üzrə Biznesin İnkişafı meneceri Susann Wurm-Bouaaida “Cruises.az” rəhbəri Azər Quliyev vasitəsilə bildiriş edib ki, yeni parkda 19 su sürüşməsi, “Wandering River” sakin çayı, “Splash Cay” və “Cliffside Cove” kimi ailəvi əyləncə məkanları sərnişinlərin ixtiyarına veriləcək.

Azərbaycandan Olan Turistlər Üçün Populyar Marşrutlar:
- Norwegian Viva: İstanbul – Kuşadası – Santorini – Mikonos – Afina – Katakolon – Valetta – Kataniya – Salerno – Roma.
- Norwegian Star: Lissabon – Madeyra – Kanar adaları – Mərakeş (Aqadir, Kasablanka, Tanjer) – Cəbəllütariq – Lissabon.
- Norwegian Epic: Barselona – Marsel – Kan – Livorno – Siciliya – Roma.
- Norwegian Gem Və Pearl: Adriatik dənizi, Monteneqro (Kotor), Xorvatiya (Dubrovnik, Split) və Yunanıstan adaları.
Azərbaycandan NCL Kruizlərini Necə Əldə Etmək Olar?
“Cruises.az” vasitəsilə Bakıdan vasitəçisiz, birbaşa yer bron etmək və ödənişi yerli bank kartları ilə həyata keçirmək mümkündür.
+994 50 265 43 53
Web : www.cruises.az
Youtube : www.youtube.com/@cruisesaz
Instagram: https://www.instagram.com/cruises.az?igsi=MzR2YmxwODdpMW1h
Facebook : https://www.facebook.com/cruises.az
Tik tok : https://www.tiktok.com/@cruises.az?_r=1&_t=ZS-99NQk48Mh6a





