Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Cənubi Amerikadan Avropaya uzunmüddətli okean səfərini davam etdirir.
Denizxeber.az ASCO-ya istinadən xəbər verir ki, gəmi Çilinin Antofaqasta limanından Belçikanın Antverpen limanına 33 günlük səfər həyata keçirir.33 134 ton sink yükü daşıyan “Murovdağ” artıq Magellan boğazını keçib və hazırda Atlantik okeanında təyinat limanına doğru hərəkət edir.
Gəminin həyata keçirdiyi bu səfər ASCO-nun quru yük gəmilərinin beynəlxalq dəniz marşrutlarında fəaliyyətini və Azərbaycanın dəniz nəqliyyatının qlobal yükdaşımalardakı rolunu bir daha nümayiş etdirir.
Qeyd edək ki, “Handysize” tipli quru yük gəmiləri müxtəlif növ yüklərin daşınmasında geniş istifadə olunur və xüsusilə müxtəlif ölçülü limanlara giriş imkanları ilə seçilir.
Показать меньше





