Peşəkar fəaliyyətə qarşə şiddət

74

Türkiyənin Silivri sahillərində baş verən gəmi qəzasını işıqlandıran “24 TV”nin operatoru Fatih Coşkun hücuma məruz qalıb.

Denizxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Coşkun hadisə yerində görüntü çəkərkən fiziki hücuma məruz qalıb. Onun döyüldüyü anlar kameraya düşüb.

Hücum edən şəxslərin qəzaya uğrayan və 10 heyət üzvündən xəbər alınmayan “Tuğberk İmamoğlu” gəmisinin heyət üzvlərinin yaxınları olduğu iddia edilir.