Nazir vəzifəsindən uzaqlaşdırılıb

32

Avqustun 30-da Girne sahillərində baş verən sərnişin gəmisi qəzasından sonra aparılan təhqiqat çərçivəsində Şimali Kipr Türk Respublikasının (ŞKTR) ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı vəzifəsindən uzaqlaşdırılıb.

Denizxeber.az “Haber Global” telekanalına istinadən xəbər verir ki, bunu ŞKTR-nin Baş naziri Ünal Üstel deyib.

Baş nazir bildirib ki, sözügedən qərar qəzadan sonra başlanan məhkəmə prosesinin qərəzsiz aparılması naminə qəbul edilib:

“Bu addım təhqiqat prosesinin hər hansı müzakirəyə əsas yaratmadan həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Polis Baş İdarəsi və məhkəmə orqanlarının öz işlərini lazımi qaydada yerinə yetirə bilmələri vacibdir”.