Yanacaq daşıyan gəmi saxlanılıb

31

İran 382 min litr yanacaq daşıyan gəmini saxlayıb.

Denizxeber.az bildirir ki, Xuzistan əyalətinin Sərhəd Qoşunlarının rəisi Bəsrə körfəzinin şimal sularında 382 min litr qaçaq yanacaq daşıyan xarici yedək gəmisinin saxlanıldığını açıqlayıb.

Onun sözlərinə görə, gəminin göyərtəsində olan 11 xarici vətəndaş həbs edilib.

Müsadirə olunan yanacağın dəyəri 357 min dollardan çox qiymətləndirilir.