Orxan XƏLİLZADƏ: Dəniz insanı alicənablıqla formalaşdıran yeganə peşələrdəndir

591

Müstəqil.Az-ın “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə layihəsi olan “Dənizçi həyatı”nın budəfəki qonağı ”İST- Services” şirkətinin direktoru Orxan Xəlilzadədir

– Orxan bəy, oxucularımızla Sizi yaxından tanış etmək istəyirik. Özünüz haqqında məlumat verərdinizmi?

-Mən Orxan Xəlilzadə, 1991-ci ildə Astara rayonu Şahağacı kəndində dünyaya göz açmışam. Bu kəndə də ayaq açıb yerimişəm, dil açıb danışmışam. Və elə o ayaqla da Bakıya, Bakıdan kənara çıxmışaçm, o dillədə dünyanın bir çox ölkəsində Vətənimin adına danışmışam, azərbaycanlı olmağın nə qədər böyük qürurlu olduğunu anlatmışam.


– Dənizçi olmaq istəmisiniz, elə bu arzu ilə də ADDA-da təhsil almısınız. Lakin, sonradan Dənizə olan marağınız üzən heyyətə deyil, dənizçilik üçün mühüm sayılan tədris sahəsinə yönəlib.

-Dəniz kənarında böyümüşəm və ətrafımda hər zaman çoxlu dənizçi olub. Yəqin bunun təsiridir ki, dənizçilik peşəsinə hər zaman böyük marağım olub.  Dənizçiliklə bağlı ilkin təhsilimə Türkiyə Cumhuriyyəti İstanbul Universiteti Dəniz nəqliyyatının idarəedilməsi ixtisasında başlamışam. Daha sonradan Dövlət Dəniz Akademiyasında Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi üzrə bakalavr və magistr təhsili almışam. Təbii ki, hər bir dənizçi kimi mən də karyeramı dənizdə davam etdirmək istəyirdim, lakin mənə də sürpriz olan sağlıq problemlərim buna icazə vermədi. Bugün isə ən azından dənizçilərimizə xidmət sahəsindəyəm və əlimizdən gəldiyincə komandamızla bərabər onlara ən yaxşı xidməti göstərməyə çalışırıq.

Açıklama yok.


– Hazırda rəhbərlik etdiyiniz ”İST- Services” şirkəti ölkədə dənizçilik sahəsində çox tanınan və müraciət olunan mərkəz kimi tanınır. Uğurlarınız haqqında, istərdim danışasız.

-Ümumiyyətlə, “İST Services” sənaye təlimləri sahəsində ölkədə ilk, dənizçilik təlimləri sahəsində isə yeganə Xüsusi Lisenziyalı Əlavə Təhsil Mərkəzidir. Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuş, Fövqəladə Hallar Nazirliyi tərəfindən metodikaları razılaşdırılmış, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən şəhadətləndirilmiş bir şirkətikdir. Əlavə olaraq biz hər zaman dinləyicilərimizə xidmət anlayışı ilə yanaşırıq. Onlara rahat və əlçatan qeydiyyat, ünsiyyət və təlim şəraiti qururuq. Təlimlərimiz interaktiv formatda keçir və dinləyicilərimiz bundan zövq alırlar. Təlimçilərimizin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir, lazım gəldikdə beynəlxalq təcrübəyə müraciət edir, onların şəxsi inkişafı üçün təlimlərə və proqramlara cəlb edilməsini təmin edirik. Bundan başqa bugün biz ölkəmizin hüdudları kənarında da fəaliyyət göstərərək təlim ixracatı həyata keçiririk. Bir sözlə qürurla deyə bilirik ki, biz Beynəlxalq Dəniz Podratçıları Assosiasiyası olmaqla 2 Beynəlxalq Assosisasiya üzvüyük və 4 beynəlxalq Akkreditasiyaya malik ölkənin təlim brendiyik.

– Doğrusu, mənim sizin şirkətlə tanışlığım bu qədər dərin deyildi, deyirsiniz və bu doğurdan da qürurverici bir amildir. Bilirəm ki, Sizin rəhbərlik etdiyiniz şirkət təkcə dənizçilərin müxtəlif sahələr üzrə seritifikat alması üçün təlimlərlə kifayətlənmir. Şirkətin tərkibində bir neçə MMC -də fəaliyyət göstərir ki, bu da yaxın gələcəkdə daha böyük uğurların qazanılacağından xəbər verir. Ətraflı danışa bilərsizmi?

-Heydər Əliyev prospekti, Neftçilər prospekti, Dərnəgül şossesi, Səttar Bəhlulzadə küçəsi və Lənkəran filiallarımız ilə toplamda 2 hektar praktiki >3000 m2 nəzəri təlim sahəsi ilə dənizçilərimizə əlçatanlığı təmin etməyə çalışırıq. Hazırda “İST Services” alt brendləri olaraq müxtəlif sənaye obyektlərində hündürlükdə iş həlləri təklif edən Alpin və bizim mərkəzimizdə təhsil alan dinləyicilərimizə yerli və beynəlxalq bazarda iş tapmasında köməklik gösətərən Careerist fəaliyyət göstərir. Qismət olarsa 2023-2025-ci illər üçün strateji hədəflərimizdə ölkə xaricində filialımızı təsis edə bilməkdir.


– Orxan bəy, məlumdur ki, son illərdə dənizçiliksahəsinə maraq çoxalıb, bunu nə ilə xarakterizə edərdiz?

-Bildiyiniz kimi, dənizçilik sahəsi ölkə rəhbərimiz İlham Əliyev cənablarının daim diqqətindədir. Belə ki, gəmiqayırma sahəsinin inkişafı, yerli donanmanın yenilənməsi, nəqliyyat infrasturukturunun gücləndirilməsi və orta dəhliz planları vətəndaşlarımızda bu sahəyə xüsusi diqqət yarada bilir.

Düşünürəm ki, dənizçilik kimi şərəfli bir peşənin hər daim təbliğatı aparılmalıdır. “DSD” olaraq sizin, təlim mərkəzləri olaraq bizim və hər bir dənizçinin əsas məqsədlərindən biri də bu peşənin yayılması, tanınması olmalıdır. Dəniz insanı alicənablıqla formalaşdıran yeganə peşələrdəndir. Mədəniyyətimizin ölkə hüdudlarından kənarda yayılmasının yollarından biri də dənizçilərimizin sayının çox olmasıdır.

-Gənclərimiz çoxlu sayda dənizçilik kurslarına müraciət edir, uğurla peşələrə sahib olur və Dəniz və Liman Agenttliyindən imtahan verib sənədlərinə tam sahib olurlar. Son illər adı çəkilən Agentliyin dənizçiləriizin işlrini səmərəli qurulması üçün mühüm işlır görməsi də danılmazdır. Şəffaflıq, peşəkarlıq, dənizçi təəssübkeşliyi aydın görünür. Amma, dünya sularında dənizçilərimizin sayı durmadan artsa da, bəzən Agentlik tərəfindən verilən ilkin işçi diplomu ilə gənc dənizçilərimiz xarici firmalarda işə düzəlməyin çətinliyini yaşayırlar. Növbə matrosu və matorçusu diplomlarını ixtisaslaşdırlmış diplomlarla əvəzləmək olmazmı?

– Bildiyiniz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi ölkənin dəniz siyasətini tənzimləyən dövlət qurumudur. Bugün dənizçilərimizin dünya sularında müxtəlif bayraq altında üzən gəmilərdə işləyə bilmələrinin əsas səbəbi isə bu qurumun əməkdaşlarının yüksək peşəkarlıqları ilə beynəlxalq auditlərdən üzü ağ çıxması ilə bərabər ölkəmizin sözün əsl mənasında Beynəlxalq Dənizçilik Təşkilatının «Ağ siyahı»sında yer almasıdır. Əlbətdə könül istərdi ki, sıravi heyəti təmsil edən dənizçilərimiz ixtisaslaşmış diplomlarla təltif olunsun, amma ixtisaslaşma üçün STCW konvensiyasının minimum 6 ay gəmilərdə növbə nəfəri tələbi yerinə yetirilmədən bu sənəd verilsə gələcəkdə ölkəmizin Ağ siyahıda olma riski artacaq və bu da dənizçilərimizin beynəlxalq sularda rahat iş tapma imkanını əllərindən alacaq.

– Sizin şirkət təkcə seritifikatlar üçün təlimlərlə kifayətlənmir, həm də  gəmilərdə işləmək üçün sıravi  komandaya kadrlar hazırlayır. Tədris və təhsil necə gedir? Labaratoriyalar, təcrübə keçmək üçün yerlər necə təşkil olunur?

-Bildiyiniz kimi, dənizçilik sahəsi ölkə rəhbərimiz İlham Əliyev cənablarının daim diqqətindədir. Belə ki, gəmiqayırma sahəsinin inkişafı, yerli donanmanın yenilənməsi, nəqliyyat infrasturukturunun gücləndirilməsi və orta dəhliz planları vətəndaşlarımızda bu sahəyə xüsusi diqqət yarada bilir.

Düşünürəm ki, dənizçilik kimi şərəfli bir peşənin hər daim təbliğatı aparılmalıdır. “DSD” olaraq sizin, təlim mərkəzləri olaraq bizim və hər bir dənizçinin əsas məqsədlərindən biri də bu peşənin yayılması, tanınması olmalıdır. Dəniz insanı alicənablıqla formalaşdıran yeganə peşələrdəndir. Mədəniyyətimizin ölkə hüdudlarından kənarda yayılmasının yollarından biri də dənizçilərimizin sayının çox olmasıdır.

– Orxan bəy, məlumdur ki, Bakı şəhərində sizin fəaliyyətiniz istiqamətində fəaliyyət göstərn bir çox TTM-ləri var. Müqayisə olunası, əlavə nələri təqdim edirsiz ki, sizin mərkəzə müraciətlər bu qədər çox olur?

-İlkin olaraq qeyd edim ki, eyni fəaliyyət istiqamətli heç bir şirkəti özümüzə rəqib olaraq görmürük, əksinə biznes partnyoru olaraq birgə fəaliyyətlər planının qurulması ilə keyfiyyətli tədris və əlçatan xidmətdə daha da irəliləyə biləcəyimizə inanırıq.

Əksər dənizçilərin bizi seçməsinə gəldikdə isə gülərüz heyət, uyğun qiymət, loyallıq kartları ilə toplanan bonuslar, keyfiyyətli tədris və təcrübəli təlimçilər, dadlı çay və kofe fasilələri, təlim hovuzu və yanğın poliqonu üçün ödənişsiz nəqliyyat. Niyə yox?

Əlavə olaraq Milli prioritetlərin 5-ci maddəsinə əsasən biz ölkəmizi Təmiz Ətraf Mühit və “Yaşıl Artım” Ölkəsi olaraq görmək istəyirik. Bunun üçün isə 5 iyun ətraf mühitin mühafizəsi günündən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıl Gələcək platforması vasitəsilə bizə müraciət edən hər bir dinləyici adına yaşıl Azərbaycan naminə bir ədəd ağac əkirik və bu ağacın sertifikatını da dinləyicimizə təqdim edirik.

– Gənclərə arzunu nədir?
Sağlam can, möhkəm iradə, bərəkətli ruzi, xoşbəxt gələcək.

-Çox sağ olun ki, vaxt ayırıb suallarımızı cavablandırdınız

-Biz təşəkkür edirik ki, siz “DSD” İB olaraq dənizçilik sahəsində faydalı məlumatları insanlarımıza çatdırırsınız və daim dənizçilərimizin yanında olursunuz.

Söhbətləşdi: Faiq Balabəyli