ABŞ-ın Luiziana ştatının sahilində, Meksika körfəzində neft özülündə yanğın baş verib.
“Report” “RİA Novosti” agenliyinə istinadən xəbər verir ki, ABŞ-ın Sahil Mühafizəsi Xidməti yanğının söndürülməsi istiqamətində işlər aparır.
ABC telekanalının məlumatına görə, yanğın bu gün yerli vaxtla saat 14:30-da başlayıb.
Neft özülündə yanğın başlayan vaxt 4 nəfər olub və onlar təxliyə ediliblər. Yanğının söndürülməsinə 4 gəmi cəlb edilib.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb, yanğının başvermə səbəbi araşdırılır.