“Günəşli” yatağında yeni quyu istismara verilib

868

“Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 354 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumatda deyilir ki, məhsuldar qat çöküntülərinin VI horizontunun 2578-2404 metr intervalından perforasiya olunan quyu, gündəlik 170 min kubmetr qaz və 2 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.