Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində qaynaqçıların attestasiyası beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilir

1105

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində qaynaqçıların attestasiyası beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilir

TTSİ-nin Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi öz işini TS EN ISO / IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” standartının tələb və şərtlərinə uyğun quraraq TS EN ISO / 9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartına əsasən SOCAR-ın bütün struktur bölmələri və digər müəssissə və təşkilatlardan daxıl olan sifarişlərə əsasən qaynaqçıların attestasiyasını həyata keçirir.

Hazırda şöbədə müxtəlif təşkilat, müəssisə və fərdi müraciətlər əsasında qaynaqçıların 6 müxtəlif qaynaq metodları üzrə (əl ilə elektrik qövs qaynağı, metal-qövs inert qaz qaynağı, metal-qövs aktiv qaz qaynağı, volfram inert qaz-qövs qaynağı, oksigen asetilen qaynağı, polietilen boru qaynağı) sertifikatlaşdırılmasını həyata keçirir və yetərli qaynaqçılara TTSİ tərəfindən “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar verilir.

2017-ci ilin ilk 3 ayı ərzində 345 nəfər qaynaqçının attestasiyası və peşə sınağı keçirilmişdir. İllik plan-qrafikə uyğun olaraq Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azəriqaz” İB-nin qaynaqçılarından əlavə olaraq “Azneft” İB-nin də 186 nəfər qaynaqçısının növbədənkənar attestasıyası keçirilmiş və yekun protokollar tərtib edilmişdir.