Bakı Gəmiqayırma Zavodunda YAP VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub – FOTO

16

Bakı Gəmiqayırma Zavodunda Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub.

Denizxeber.az bildirir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, zavodun ərazi partiya təşkilatının sədri Namiq Vəliyev, partiya üzvləri və fəallar iştirak ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi prioritetlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Milli-mənəvi dəyərlərin qorunması, gənclər arasında dövlətçilik düşüncəsinin təşviqi və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının əhəmiyyəti vurğulanıb.