ABŞ Hərbi Dəniz Qüvvələri “Doris Miller” aviadaşıyıcısının adını dəyişdirməmək qərarına gəlib

30

ABŞ Hərbi Dəniz Qüvvələri hazırlanmaqda olan “Doris Miller” aviadaşıyıcısının adını prezident Donald Trampın şərəfinə dəyişdirməmək qərarına gəlib.

Denizxeber.az bildirir ki, bu barədə CNN telekanalına qurumun rəhbəri vəzifəsini icra edən Hunqa Kao bildirib.

“USS Doris Miller” [aviadaşıyıcısının] adını dəyişdirmək planlaşdırılmır”, – o bildirib.

Trampın ilk prezidentlik müddəti dövründə yeni aviadaşıyıcı kreyserlər seriyasının dördüncüsünü, İkinci Dünya müharibəsi zamanı Pörl Harbora hücumun dəf edilməsində fərqlənən qaradərili dənizçinin şərəfinə “Doris Miller” adlandırmaq qərara alınmışdı. O, Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətinə görə ikinci mükafatı olan Hərbi Dəniz Xaçına layiq görülən ilk qaradərili dənizçidir.

Lakin bu ilin avqustunda NBC telekanalı xəbər vermişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi aviadaşıyıcıya Trampın adının verilməsi imkanını nəzərdən keçirir.