Nigeriyanın Bayelsa ştatında gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 26-ya çatıb

28

Nigeriyanın cənubundakı Bayelsa ştatında gəminin qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub.

Denizxeber.az bildirir ki, bu barədə “Vanguard” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Əvvəlcə ştatın polis komandanlığı dörd cəsədin tapıldığını və sağ qalan 24 nəfərin xilas edildiyini təsdiqləyib, lakin şənbə günü axşama doğru yerli dalğıclar və dəniz polisi daha 22 cəsəd aşkar edib, nəticədə həlak olanların ümumi sayı 26-ya çatıb.

İlkin məlumata görə, hadisəyə qayığın həddindən artıq yüklənməsi və hərəkət zamanı yaranan texniki nasazlıq səbəb olub, daha sonra qayıq batıb.

Qeyd olunub ki, sağ qalan 19 nəfərə tibbi yardım göstərilib, beş zərərçəkən isə xəstəxanaya yerləşdirilib. Gəminin idarə olunmasına cavabdeh olan şəxs araşdırma aparmaq üçün saxlanılıb, gəmiçi isə gizlənib.