Dubay yaxınlığında tankerin yanında naməlum mərmi partlayıb

9

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri yaxınlığında, Fars körfəzində gəmi ilə bağlı insident barədə məlumat yayıb.

Denizxeber.az bildirir ki, bu barədə UKMTO-nun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, Dubaydan 50 dəniz mili (təxminən 92,6 km) qərbdə baş verən hadisə zamanı tankerin kapitanı gəminin yaxınlığında naməlum mərminin partlaması barədə məlumat verib.

Bildirilib ki, ekipaj üzvləri təhlükəsizdir, tankerin özünə və ətraf mühitə hər hansı zərər dəyməyib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.