Çin sahillərində iki gəmi toqquşub, 11 nəfər itkin düşüb Daha ətraflı: http://www.xebersaati.com/114174-cin-sahillerinde-iki-gemi-toqqushub-11-nefer-itkin-dushub.html

1044

Çinin şərqində balıqçı gəmisi ilə yük gəmisi toqquşub. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 11 nəfər itkin düşüb. Hadisənin Futsyan əyalətin yaxınlığında qeydə alındığı bildirilir. Qəza nəticəsində balıqçı gəmisi batıb. 14 ekipaj üzvündən üçü xilas edilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Daha ətraflı: http://denizxeber.az/www.xebersaati.com/114174-cin-sahillerinde-iki-gemi-toqqushub-11-nefer-itkin-dushub.html