Neftin qiyməti aşağı düşüb.

750

London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiyməti aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin yanvar fyuçersləri 0,21% düşərək bir barel üçün 51,79 dollar təşkil edib.

Londonun “ICE Futures” birjasında Şimal dəniz qatışığı olan “Brent” markalı neftin fevral fyuçersləri 0,83% ucuzlaşıb və bir barelə görə 54,76 dollara bərabər olub.