Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

16

Qazaxıstanın Abay vilayətində “Semey” adlı yeni xüsusi iqtisadi zonanın (XİZ) yaradılması planlaşdırılır. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumətin qərarına əsasən, həmin iqtisadi zonadakı layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (təxminən 3,13 milyard ABŞ dolları) təşkil edir. Yeni “Semey” xüsusi iqtisadi zonasının fəaliyyətə başlaması ilə Qazaxıstan regionlarındakı belə zonaların ümumi sayı 15 regionda 19-a çatacaq.