AZCON Holding-in yaranmasının 2-ci ildönümü münasibətilə təbrik

30

AZCON Holding-in yaranmasının 2-ci ildönümü münasibətilə səmimi təbriklər!

Denizxeber.az bildirir ki, qısa müddət ərzində nəqliyyat və kommunikasiya sahələrində idarəetmənin səmərəliliyinin artırılması, innovativ yanaşmaların tətbiqi və müasir korporativ idarəetmə prinsiplərinin formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib.

Bu uğurların arxasında peşəkar və fədakar komanda, məqsədyönlü fəaliyyət, uğurlu təşəbbüslər və etibarlı əməkdaşlıq dayanır.

AZCON Holding-in bundan sonrakı fəaliyyətində də yeni uğurlar, davamlı inkişaf, böyük layihələr və qarşıya qoyulan strateji hədəflərin uğurla reallaşdırılmasını arzulayırıq.

2 illik yubileyiniz mübarək!

Gələcək fəaliyyətinizdə bol nailiyyətlər və davamlı yüksəliş arzulayırıq!