Qara dənizdə dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb

6

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb.

Denizxeber.az bildirir ki, bu barədə “BurgasMedia” nəşri məlumat yayıb.

Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib, yeddisi isə itkin düşüb.

Gəmini idarə edən şirkətin məlumatına görə, itkin düşənlərdən altısı Benin, biri isə Rusiya vətəndaşı olub.

Hazırda itkin düşən daha iki dənizçinin axtarışları davam etdirilir.