Gəmiçiliyin rəhbərı Azərbaycan Dənizçilik Kollecində gələcəyin dənizçiləri üçün yaradılan şəraitlə tanış olub

4234

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində olub.

Gəmiçiliyin rəhbəri aparılan təmir və bərpa  işlərindən sonra kollecdə gələcəyin dənizçiləri üçün yaradılan şəraitlə yaxından tanış olub.

Kollecdə 9 və 11 illik təhsil əsasında dənizçi peşəsinə yiyələnmək mümkündür. Təhsil ocağında eyni zamanda ixtisasartırma kursları da təşkil edilir və kursları uğurla bitirən gənclərə müvafiq sertifikatlar verilir.

Gəmiçiliyin rəhbəri “Gəmi daxiliyanma mühərrikləri, gəmi təmirinin təşkili” fənni üzrə imtahan prosesini də izləyib. Tələbələr imtahanı kənar müdaxilə olmadan – kompüter vasitəsi ilə verirlər. Sədr Rauf Vəliyev kurs iştirakçılarının təhsili ilə də maraqlanıb.

Daha sonra kollecin idman meydançasına baxış keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2016-cı ildən Gəmiçiliyin tabeliyinə verilən bu təhsil ocağı əvvəllər “Dəniz Balıq Sənayesi Kolleci” kimi fəaliyyət göstərib.