“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

2013

Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.

“Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək”.