BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib

4

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Qvardiyası qüvvələri Oman körfəzində yanan yük gəmisindən 22 nəfəri xilas edib.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” hərbçilərin bəyanatına istinadən məlumat yayıb.

Bazar gününə keçən gecə “Tasnim” Hörmüz boğazında neft daşıyan iki tankerim partlaması barədə xəbər verib.

“Birləşmiş Ərəb Əmirliklərinin Milli Qvardiyası bazar günü 22 nəfəri xilas edib”, – agentliyin məlumatında deyilir.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İranın dəniz blokadasını yarmağa çalışan ticarət gəmisinin sıradan çıxarılması barədə məlumat yayıb. Daha sonra Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman körfəzində silahlı insident barədə xəbər verib.