“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Denizxeber.az bildirir ki, zəfər abidəsinin önünə güllər düzülüb, Azərbaycanın ərazi bütövlüyü və torpaqların azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.










