Ötən il Səngəçal terminalından 287 mln. barel neft və kondensat ixrac edilib

Ötən il Səngəçal terminalından 287 mln. barel neft və kondensat ixrac edilib

222
0

Səngəçal terminalından 2016-cı ildə 286,8 mln. bareldən artıq neft və kondensat ixrac edilib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu həcmdən 253,4 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 30,3 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 3,1 mln. barel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.

Ötən il terminaldan neft və kondensat ixracı 3% azalıb.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,9 mln. kubmetr «Şahdəniz» qazı ixrac edilib. Bu isə 2015-ci illə müqayisədə 7% çoxdur.

Qeyd edək ki, Səngəçal terminalına neft və qaz “AÇG” və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə («AÇG» səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Şərh yoxdur

Şərh yaz