“Titanik” gəmisinin sirrləri

“Titanik” gəmisinin sirrləri

336
0

“Titanik” gəmisinin sirrləri

Bütün zamanların ən məşhur sərnişin gəmisi olan “Titanik” ən böyük dəniz faciəsinə yol açması ilə tanınır. Ancaq yüzlərlə insana məzar olan nəhəng gəminin batması haqqında hələ də üstü açılmamış sirlər var.

Amerikal yazıçı Morqan Robertson 1861-ci ildə doğulub. Gəncliyində dənizçi olub, sonra almaz eksperti kimi işləyib. Oxuduğu bir hekayədən sonra isə yazıçı olmağa qərar verir. İlk hekayəsindən 25, sonrakı 10 əsərindən isə 1000 dollar qazanıb. Yazmaq ona asan və gəlirli iş kimi görünürdü. 1897-ci ildə dənizçilik haqqında yeni əsər yazmağa başladı.

“Dənizçi möhkəm qışqırdı. Aysberq. Dərhal kapitana xəbər verildi və gəmiyə geri qayıtmaq əmr edildi. Ancaq gəminin sürətini azaltması üçün zaman lazım idi. Aysberq isə yaxınlaşırdı. Aşağıdan əylənən insanların səsi eşidilirdi. Buz dağı «Titan»a çatdı və ona sol tərəfdən çırpıldı. Zərbə yüngül idi. Kapitan dərin nəfəs aldı. Amma aysberq gəminin sualtı hissəsinə böyük zərbə vurmuşdu. Yara öldürücü idi».

Bu, Robertsonun romanının bir hissəsi idi. Romana görə, gəmi batmağa başlayanda öncə qadınlar və uşaqlar qayıqlara mindirilərək uzaqlaşdırılmağa başladı. Avropanın ən zəngin və tanınmış ailələrinin üzvləri bir biri ilə vidalaşmağa başlamışdı.

M.Robertsonun 1898-ci ildə romanı kiçik bir kitab kimi nəşr edildi. Kitabın adı isə “Boş yerə” idi.
Aradan 14 il ötdü və dünyanın ən lüks gəmisi hesab edilən, heç vaxt batmaz deyilən “Titanik” İngiltərədən yola çıxır. 1912-ci il 14 apreldən 15-nə keçən gecə isə gəmi haqqında olan bütün ümidlər puça çıxdı. Okeanın ortasında qəfil qarşılarına çıxan buz parçası “Titanik”in “qatili” oldu. Həmin gecə Robertsonun romanından olan və yuxarıda qeyd edilən səhnə təkrarlanır. Ancaq təsədüf bununla bitmir.

Belə ki, romanda reallıqla üst üstə düşən bəzi başqa məqamlar da var idi.

1.“Titan” adlı gəmi İngiltərənin “Southampton” limanından yola çıxır. “Titanik”də eyni limandan səyahətinə başlayıb.

2.Romandakı gəminin uzunluğu ilə «Titanik» arasında cəmi 4 metr fərq var idi. “Titan” 248, “Titanik” isə 252 metr uzunluğunda idi.

3.İki gəminin çəkisi demək olar ki, yaxın idi. “Titan” 70 min, “Titanik” isə 66 min ton.

4.Hər iki gəminin üç pərvanəsi var idi.

5.Hər iki gəmidə 3 minə yaxın sərnişin var idi.

6.Həm romandakı, həm də real həyatdakı gəmidə sərnişinlərin arasında dövrün ən tanınmış, ən zəngin ailələrin üzvləri olub.
7.Robertsonun romanındakı nəhəng gəmi nə qədər təəccüblü olsa da, Nyu Foundland yaxınlığında, Şimalı Atlantikada aysberqə çırpılaraq batıb. “Titanik” də 14 il sonra eyni koordinatda eyni aqibətlə üzləşərək okeanın buzlu sularına qərq olub.

8.Hər iki gəmidə kifayət qədər ehtiyat xilasedici qayıq olmayıb. Bu da insan təlafatının sayını artırıb.

9.Gerçək qəzada 1513, romandakı qəzada isə 1500 nəfər ölüb və itkin düşüb.

Morqan Robertsonun 14 il sonra olacaq qəza barədə yazdığı kitabı uğur qazana bilmir və o, 1915-ci il, yəni “Titanik”in batmasından 3 il sonra, mart ayında ayaq üstündə infart keçirərək dünyasını dəyişir. Ancaq o zaman ərzində heç kim onunla maraqlanmayıb, 1912-ci ildə baş verən hadisəni 14 il öncə necə yazmasını soruşmayıb. Bu təsadüfün ancaq 1980-cı ildə fərqinə varıldı. Ancaq tarixin qaranlıq səhifələrində itən bu uğursuz yazıçının sirrin üstü açmaq mümkün olmadı.

“Titanik”in sirri bununla yekunlaşmır. Gəmidə ölənlərdən biri də ingiltərəli jurnalist Villiam T. Stead olub. Və o, ölümündən 20 il əvəll “Titanik” adlı hekayə yazıb. Bu hekayədə demək olar ki, əsl “Titanik” faciəsi əks edilib. Belə ki, onun səyahətə çıxdığı gəmi hekayəsində buz parçası ilə çırpılır. Amma jurnalist çətinliklə də olsa qəzadan xilas ola bilir. Təəssüf ki, hekayədən illər sonra baş verən qəza nikbin bitmir və gerçək “Titanik” onun həyatına son qoyur.

Ancaq “Titanik”lə bağlı əfsanələr bununla da son tapmır. Bəzilərinin fikrincə, gəminin batmasına Misirdən oğurlanan mumiyalardan birinin qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılması səbəb olub. Çünki bu, Allahların xoşuna gəlməyib və belə bir fəlakətə yol verilib. Bəziləri bunun sığorta pullarını ala bilmək üçün planlaşdırılmış qəza olduğuna, bəziləri isə gəmidə olan insanların kəhanətli olması ilə əlaqələndirir. Hadisədən 98 il ötsə də, bu sirr açılmamış qalır.

Bunları bilirsinizmi?

“Titanik”də sərnişinləri ilə bərabər okean suları böyük miqdarda sərvəti də “udub”. Gəmiyə mindirirlənlərin qeydiyyatı dəqiqləşməsə də, orada qiymətli daşların, əsərlərin, hətta yeni maşınların olduğu bildirilir. Hətta sərnişinlərin bəzilərinin itləri də göyərtədə olub. Onlardan bəziləri 750 funt sterlinq dəyərində olub. Bu məbləğ bu gün 300 min funt sterlinqə bərabərdir.

“Titanik” yola başlayandan bir necə dəqiqə sonra kömür anbarında yanğın olub. Ancaq yanğının qarşısı alınıb.

Gəmi batmağa başlayanda ilk ordan uzaqlaşan xilasedici qayıqda cəmi 28 nəfər var idi. Ancaq qayıq 64 nəfər üçün nəzərdə tutulmuşdu.

Şərh yoxdur

Şərh yaz