“Qaradağ” yatağında yeni quyular qazılır

256

Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə “Qaradağ” yatağında 493 və 495 nömrəli istismar-basqı quyularında qazma işləri davam etdirilir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan 493 nömrəli quyunun layihə dərinliyi 3 200 metr, Qirməkialtı Lay Dəstəsinə qazılan 495 nömrəli quyunun isə layihə dərinliyi 3 600 metrdir.

Quyular yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə qazılır.