Azərbaycan və Yunanıstan arasında dəniz nəqliyyatı sahəsi üzrə İşçi qrupunun növbəti iclası keçirilib – FOTO

22

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Azərbaycan və Yunanıstan arasında dəniz nəqliyyatı sahəsi üzrə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

Denizxeber.az bildirir ki, iclasda Dəniz İşləri və Adalar Siyasəti Nazirliyinin Sahil Mühafizəsinin Baş Qərargahının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Məcidov ölkələrimiz arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.

Azərbaycanın zəngin dənizçilik tarixinə diqqət çəkərək qeyd edib ki, Bakı şəhərinin əlverişli coğrafi mövqeyi Xəzər dənizində gəmiçiliyin inkişafında mühüm rol oynayıb.

Xüsusilə XIX əsrin ikinci yarısında Bakı neftinin hasilatının və daşınmasının artması dəniz nəqliyyatı sektorunun inkişafına ciddi təkan verib.

Vurğulanıb ki, Azərbaycan təkcə Xəzər dənizində deyil, həmçinin beynəlxalq sularda neft və quru yüklərin daşınmasını həyata keçirən gəmilərə sahibdir.

Okean Gəmiçiliyi İdarəsinin direktoru Andreas Spanos COP29 çərçivəsində Azərbaycan və Yunanıstanın müvafiq nazirliklərinin rəhbər şəxsləri arasındakı görüşün nəticəsi olaraq yaradılmış İşçi qrupunun iclaslarının qurumlararası əlaqələrin davamlılığında xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Belə görüşlərin qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılması, eləcə də iki ölkə arasında dənizçilik sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm rol oynadığını vurğulayıb.

İclas çərçivəsində Yunanıstan nümayəndə heyəti alternativ yanacaq növləri və yaşıl dənizçilik, istixana qazlarının azaldılması, qeyri-üzvü yanacaqlardan istifadə, eləcə də axtarış-xilasetmə əməliyyatları, dənizçilərin təlimi, təhsili və sertifikatlaşdırılması istiqamətləri üzrə təqdimatlarla çıxış edib.

Eyni zamanda, İşçi qrupunun sual və təkliflərinə münasibət bildiriblər.

Ətraflı: https://bit.ly/4tisg3a

#DDLA