Denizxeber.az bildirir ki, Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan M.Məmmədov və Y.Alıyev saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.
Araşdırma aparılır.





