(ARDNF) təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın

1006

Sentyabrın 20-21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirilib. Aparıcı suveren və pensiya fondlarının, eləcə də investisiya idarəetmə şirkətlərinin təmsilçiləri Bakıda toplanaraq maliyyə bazarlarında mövcud qlobal imkanları və çağırışları, eləcə də investorlar arasında əməkdaşlığı inkişaf etdirmək yollarını müzakirə ediblər. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin də iştirak etdiyi tədbirdə müxtəlif ölkələrdən 60 təşkilatı təmsil edən 100-dək nümayəndə iştirak edib.

2

Tədbirdə “Bir Kəmər, Bir Yol layihəsinin maliyyələşməsi” (Funding the One Belt, One Road) panelində çıxış edən Taleh Ziyadov qeyd edib ki, “Bakı Avrasiya regionunun “hub”, yəni nəqliyyat və logistika mərkəzindədir. Xəzər dənizi ətrafında Tükmənbaşı, Aktau limanları, Çin və Qazaxıstan sərhədində Korqos quru liman, İranda Bandar Abbas limanı, Gürcüstanda Poti limanı, Tükiyədə Mersin, İstanbul limanları mövcuddur və Bakı Limanı bütün bu inkişafın ortasındadır. Məhz buna görə də Bakı Limanı “hub of hubs” adlandırıla bilər.”

Adı çəkilən paneldə həmçinin TPGCapital şirkətinin tərəfdaşı Jin Yonq Kai, Rusiya-Çin investisiya fondunun vitse prezidenti Lei Tanq, Çin dövlətinin təsis etdiyi İpək Yolu Fondunun icraçı vitse prezidenti Vanq Dan da çıxış ediblər.

Koreya İnvestisiya Korporasiyası tərəfindən 2014-cü ildə yaradılmış CROSAPF müxtəlif ölkələrdən olan investorlar, vəsaitləri idarə edən şirkətlər və beynəlxalq maliyyə institutları arasında birgə investisiya və əməkdaşlığı nəzərdə tutan platformadır.

3