“Neft Daşları” yatağında yeni quyu istismara verilib

987

Bakı.21 sentyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2162 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1854-1848 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

REPORT.AZ