Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
Azərbaycan Dövlət Dəniz Akademiyası
Əziz tələbələr!
“Dil – karyeraya gedən yol” III
Ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsində iştirak etməyə dəvət edirik.
Müsabiqə aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
- -istənilən mövzuda 3-4 dəqiqə müddətində ingilis dilində prezentasiya etmə qabiliyyəti
- -prezentasiya mövzusunun aktuallığı
- -prezentasiyaların tərtibatı
Dil – karyeraya gedən yol
- Mövzunun aktuallığı:
İlk növbədə müsabiqənin mövzusunun niyə məhz dillə bağlılığına diqqət yetirək. Dil yalnız ünsiyyət vasitəsi deyil, o həm də dünya fəlsəfəsidir. Dünya haqqında təsəvvür yaradan intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dil bizim hər birimizin həyatında mühüm rol oynayır. İnkişafımız, iqtisadiyyatımız, ailədə, cəmiyyətdə, siyasi, elmi və ümumiyyətlə gündəlik fəaliyyətimiz dillə bağlıdır və dildə formalaşır. Lakin bu məqamda bir məsələyə xüsusi diqqət yetirmək lazımdır.
Gündəlik fəaliyyətimizin qeyd olunan bütün sahələrində məlumat toplamağımız və onu təhlil etməyimiz bugünkü qloballaşan dünyada yalnız ana dili vasitəsilə həyata keçirilə bilməz, məşğuliyyət sahəsindən olaraq insanlar müxtəlif dünya dilləri vasitəsilə dünya informasiya şəbəkəsinə qovuşmaq imkanı əldə edir və beləliklə də, karyeraya gedən yolda daha böyük səylə irəliləyirlər. Güman etmək olar ki, müsabiqə ilə maraqlananlar və ya gələcək iştirakçıların niyə məhz “Dil – karyeraya gedən yol” mövzusunun seçildiyinin bugünkü real həyatımız üçün çox aktual olduğuna heç bir şübhəsi qalmadı.
- Müsabiqənin məqsədi:
– İngilis dilində istənilən mövzuda prezentasiyanın etmə qabiliyyəti;
– İstənilən ixtisas fənləri ilə yanaşı ingilis dilinin dərindən öyrənilməsində tələbələri maraqlandırmaq;
– İstənilən ixtisas fənlərində mənimsədiklərini ingilis dilində təqdim etməyi bacarmaq;
– Tələbələrin ingilis dilinin qrammatik qaydalarına uyğun verilən sualları düzgün anlamaq və onları cavablandırmaq üçün sərbəst şəkildə öz fikirlərini ifadə etmək vərdişini inkişaf etdirmək;
– Tələbələrin ana dilindən fərqli şəkildə tələffüz olunan və ya ana dilinin fonemlər sistemində tamamilə mövcud olmayan səslərin düzgün tələffüz normalarını təkmilləşdirmək.
- Keçirilmə vaxtı:
Müsabiqənin 17 –18 noyabr 2016–cı il tarixində 1400-da keçirilməsi nəzərdə tutulur.
- Kecirildiyi yer:
Müsabiqə ADDA-nın akt zalında keçirilir.
İştirakçının anketi və prezintasiyanın elektron versiyası oktyabr ayının 30- na qədər qəbul olunur.
Ətraflı məlumat (012) 4933644 (113)
Qeydiyyatdan keçmək üçün aşağıda qeyd olunanlar e-mail ünvanımıza göndərilməlidir:
science-asma@rambler.ru; husniyya.qafarli@acsc.az
1. İştirakçının aşağıdakı Anketi doldurması zəruridir
2. Prezintasiyanın elektron versiyası.
Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
İştirakçılar sertifikatlarla təltif olunacaqlar.
İştirakçının anketi və prezintasiyanın elektron versiyası oktyabr ayının 30- na qədər qəbul olunur.
Müsabiqənin keçirilmə tarixi: 17 – 18 noyabr 2016-cı il saat 1400-da, Akademiyanın akt zalı (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç 18).
Müsabiqə haqqında ətraflı məlumat:
URL: www.adda.edu.az;
E-mail: science-asma@rambler.ru / husniyya.qafarli@acsc.az
Faks: (994-12) 493-75-21,
Tel.: 493-75-21/ 493-36-44 (113).