Xocalı soyqırımına dair ABŞ-da nəşr olunmuş kitabın müəllifi amerikalı jurnalist Raul Loveri Kontreras V Bakı Beynəlxalq Humanitar Formunda iştirak etmək üçün ölkəmizə səfər edib.

897

ABŞ-ın bir sıra nüfuzlu mətbuat orqanları ilə əməkdaşlıq edən, televiziya və radio kanalları şərhçisi, Xocalı soyqırımına dair ABŞ-da nəşr olunmuş kitabın müəllifi amerikalı jurnalist Raul Loveri Kontreras V Bakı Beynəlxalq Humanitar Formunda iştirak etmək üçün ölkəmizə səfər edib.

Səfər çərçivəsdinə qonaq Bakı Limanın Baş direktoru Taleh Ziyadovla görüşmüşdür. Taleh Ziyadov qonaqın diqqətinə çatdırıb ki, Ələt qəsəbəsində inşa edilən yeni Bakı limanı və yaxın gələcəkdə yaradılacaq Ələt Azad Ticarət Zonası bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək və ölkəmizin istehsal potensialını artıracaq. Bütün bu addımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin regional “hub”a (qovşaq) çevirilməsi istiqamətində apardığı siyasətin bir hissəsidir.

Raul Loveri Kontreras Azərbaycana dair üzərində işləməkdə olduğu növbəti kitab üçün lazımi materialların əldə edilməsi məqsəsdi ilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib, müasir liman kompleksinin inşa prosesi ilə yaxından tanış olub. Kitabda bir çox mövzulara toxunan yazıçı həmçinin də Azırbaycanın regionun nəqliyyat mərkəzinə çevrilməsi mövzüna da geniş yer ayırmaq niyyətindədir.