“Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM Azerbaijan) nəşri olan “IMPACT Azerbaijan” jurnalının sentyabr buraxılışı nəqliyyat və loqistika mövzusuna həsr olunub. 

1043

Məqalədə Bakı Limanın İstismar xidmətinin müdiri Eugene Seahdan alınan müsahibə dərc olunub. O, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonasının yaradılmasının Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan əhəmiyyətli olduğunu vurğulayıb və qeyd edib ki, Azərbaycan və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avrasiyanın ən böyük ticarət və logistika “hub”ı olmağa hazırdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı Limanı və Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkətlər qrupu arasında izalanmış məsləhət xidmətinin göstərilməsinə dair müqavilə barədə də geniş məlumat verib.

Bütöv məqalə ilə aşağıdakı linkin 6-9 səhifələrində tanış ola bilərsiniz:
http://denizxeber.az/amchamaz.org/wp-content/uploads/2015/12/Impact-23.pdf