Dubayın Ticarət Palatası Bakı Limanını mükafatlandırdı

525

Dubay Ticarət və Sənaye Palatasının Azərbaycandakı Beynəlxalq nümayəndəliyi keçirdiyi ənənəvi illik toplantısında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-ni iki ölkə arasında iqitisadi əməkdaşlığın möhkəmləndirilməsi sayəsində faəliyyətinə görə mükafatlandırıb. 

Qeyd olunub ki, cari ilin 7 sentyabr tarixində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonasının yaradılması üçün məsləhətçi şirkət kimi müəyyən olunan DP World şirkəti ilə müqavilə imzalanıb.

Bakı Limanına təqdim olunan mükafata görə təşəkkürünü bildirən Baş direktor Taleh Ziyadov vurğulayıb ki, “2016-cı il iki ölkənin əlaqələrinin tarixində mühüm yer tutur. Dünyada tanınan DP World şirkəti Azərbaycan höküməti ilə müqavilə imzalayaraq Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında strateji Azad Ticarət Zonasının qurulmasına cəlb olunub. Hesab edirik ki, qeyd olunan layihə həm Azərbaycanın, həm də regionun nəqliyyat və logistik habına çevirilməsində tale yüklü rol oynayacaq.”