ABŞ Rusiyadan dizel yanacağı alacaq: İlk üç tanker yoldadır

17

Rusiyadan dizel yanacağı daşıyan ilk üç tanker Atlantik okeanının şərq sahilləri istiqamətində hərəkət edir.

Bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünya dizel yanacağı bazarının təmin olunması ilə bağlı əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya dünya bazarlarına, o cümlədən ABŞ-yə əlavə dizel yanacağı tədarük edəcək. Yanacağın əsas hissəsinin “Rosneft” şirkətinin resursları hesabına təmin olunacağı ehtimal edilir. Novak həmçinin qeyd edib ki, Rusiya 2026-cı ilin sonunadək dizel yanacağı ixracını əvvəlki həcminə qədər tam bərpa edə bilər.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya hökuməti prezidentlər Vladimir Putin və Donald Tramp arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində dizel yanacağının ixracına qoyulan qadağanı qismən aradan qaldırıb. Bu qərar dünya bazarına 500 min ton dizel yanacağının çıxarılmasına imkan verir.