Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

27

Rusiyadan 40 min ton dizel yanacağı daşıyan tanker Nyu-York istiqamətində yola salınıb.

Yanacağın daşınması cari ayda Moskva ilə ABŞ Prezidenti Donald Tramp arasında əldə edilən razılaşma çərçivəsində həyata keçirilir. “Reuters” agentliyinin məlumatına əsasən, Donald Tramp noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərdən əvvəl artan dizel qiymətlərini azaltmaq səyləri çərçivəsində Rusiyadan dizel yanacağının idxalı ilə bağlı razılaşmanı elan edib.

Malta bayrağı altında üzən “Agioi Fanendes” tankerinin noyabrın 7-də ABŞ-yə çatacağı gözlənilir. Bu, sabiq Prezident Co Baydenin 2022-ci ildə ABŞ-yə Rusiya neft və neft məhsulları idxalına qadağa qoyduğunu elan etməsindən bəri Amerika tərəfindən idxal edilən ilk dizel yanacağı yükü olacaq. Rusiya Baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, tərəflər arasındakı müqavilələrdən sonra əlavə tədarüklər də həyata keçiriləcək və Rusiya bu razılaşma çərçivəsində dizel yanacağı ixracına qoyduğu qadağanı ləğv etməyə razılaşıb.