“Lukoyl” Azərbaycandakı layihələri hesabına qaz hasilatını artırıb

916

Bakı. 18 noyabr. REPORT.AZ/ Cari ilin 9 ayı ərzində “Lukoyl”un qaz hasilatı 2 faiz artaraq 15,2 milyard kubmetrə çatıb.

“Report” xəbər verir ki, şirkətin məlumatına görə, hasilat dinamikasına Azərbaycan, Qazaxıstan və Özbəkistandakı layihələrin inkişafı müsbət təsir göstərib.

Buna baxmayaraq, şirkətin neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 7,9 faiz azalaraq 69,3 milyon ton təşkil edib.