Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında ticarət gəmisi batıb: bir nəfər həlak olub – VİDEO

17

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu ticarət gəmisinin batması nəticəsində bir nəfər həyatını itirib.

Denizxeber.az bildirir ki, bu barədə məlumatı mənbələrə istinadən “Realitatea Plus” telekanalı yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə qəza siqnalı daxil olub. Gəminin göyərtəsində ümumilikdə 13 nəfər – 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.

Hazırkı vaxtadək sudan doqquz nəfəri sağ çıxarmaq mümkün olub, bir nəfərin isə öldüyü bildirilir.

Əlverişsiz hava şəraiti axtarış-xilasetmə tədbirlərinin gedişatını çətinləşdirsə də, əməliyyatlar davam etdirilir. Gəminin hansı səbəbdən zədələndiyi hələlik məlum deyil. Onun neft məhsulları daşıya biləcəyi ehtimal olunur.