1 noyabr tarixində Bakı şəhərinin Qaradağ rayonu ilə Çin Xalq Respublikasının Çunçinq şəhəri arasında iqtisadi, mədəni əlaqələrin yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Bu anlaşmanın bir hissəsi olaraq həmin şəhərin iş adamları və investorları Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər. Səfərin əsas məqəsdi Qaradağ rayonunda, yeni Bakı Limanı ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonası ilə tanış olmaq, rayonun zəngin sənaye potensialını və sosial-iqtisadi inkişafını ilə bağlı məlumat almaq idi.
Qonaqlar liman ərazisini gəzərək yeni beynəlxalq standartlara uyğun proseduralar və liman əməliyyatları ilə tanış olublar. Qonaqlara əcnəbi sürücülərin dincəlməsi üçün yaradılmış şərait, fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında ətraflı məlumat verilib. Həmçinin də onlara bildirilib ki, yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa ciddi töhfə verəcək. Eyni zamanda bildirilib ki, Ələt Azad Ticarət Zonası bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək. Eyni zamanda məlumat verilib ki, Azərbaycanın Şərqdən Qərbə olan tarixi “İpək yolu”nun üzərində yerləşməsi, bu əlverişli coğrafi şəraitin ölkəmizdə nəqliyyat infrastrukturunun yaradılmasına əlavə imkanlar açdığı qeyd edilib.
Çin nümayində heyəti əməkdaşlarının logistika, tikinti, maliyyə xidmətləri, ayrı-ayrı çeşidə istehsalın qurulması ilə bağlı suallarına müfəssəl cavab verilib.