Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına tanışlıq səfəri edib

487

Bakı Limanının Baş direktoru Taleh Ziyadov səfirin diqqətinə çatdırıb ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə liman daxilində və ətrafında qurulmaqda olan Azad Ticarət Zonasında (ATZ) geniş istehsalat sahələri yaradılacaq.

Burada neft-kimya, əczacılıq, kənd təsərrüfatı, yüngül sənayənin digər sahələri üzrə istehsal prossesi mövcud olacaq. Taleh Ziyadov qeyd olunan məhsulların vacib satış bazarlarından biri kimi qonşu Rusiyanın olacağını qeyd edib. Baş direktor Rusiya şirkətlərinin sərmayəçi qismində ATZ-də fəaliyyətinin də alqışlandığını vurğuladı.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirdi ki, yeni Bakı Limanı və qurulmaqda olan ATZ Rusiyanın tanınmış istehsalat və logistika şirkətlərinin maraq göstərdiyi məkan ola bilər. Səfirin sözlərinə görə beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı Bakı Limanından keçən yüklərin həcminin artmasında müsbət rol oynayacaq, ATZ-də biznes aktivliyinin artmasına təsir edəcək.