“Glencore” və Qətər “Rosneft”in 19,5% səhmini alıb

815

Bakı. 8 dekabr. REPORT.AZ/ “Glencore” (İsveçrə) şirkəti və Qətərin suveren fondundan ibarət konsorsium Rusiyanın “Rosneft” şirkətinin səhmlərinin 19,5%-ni 10,5 mlrd. avroya alıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rosneft” şirkətinin rəhbəri İqor Seçin Rusiya prezidenti Vladimir Putin ilə görüşdə qeyd edib ki, konsorsiumda tərəfdaşlar bərabər paya malikdir. V.Putin isə bildirib ki, vəsait büdcəyə Rusiya rublu ilə daxil olmalıdır.

Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, məzənnənin dalğalanmasından zərər çəkməmək üçün xüsusi konvertasiya sistemi yaradılacaq.