Bu gün Bakı Limanı və Avropa İttifaqına daxil olan Səfirliklərin nümayəndə heyəti ilə görüş keçirilib.

842

Görüşü salamlama nitqi ilə Siyasi, İqtisad, Media və İnformasiya sektorunun müdiri Denis Daniilidis açıb. Daha sonra “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Aparat rəhbəri Aynur Arazova tədbir iştirakçılarına Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı və ətrafında qurulmaqda olan Azad Ticarət Zonası (ATZ) barədə məlumat verib və bilirib ki, burada neft-kimya, əczacılıq, kənd təsərrüfatı, yüngül sənayənin digər sahələri üzrə istehsal prossesi mövcud olacaq.