Fətəli bəy Sultanov Limanların fəaliyyətinə çox böyük önəm
verirdi. O, dəniz səviyyəsinin dəyişməsi, onun dərinliyi, cərəyanlar,
küləyin istiqaməti və gücü, su tərkibi barədə ətraflı tədqiqat aparıb,
liman və liman qurğuları, giriş yolları barədə kvalifikasiya
qiymətləndirilməsi edib.
Fətəli bəy Sultanov 1845-ci ildə Şuşa şəhərində anadan olub. Şəhər real
məktəbini, sonra 1865-ci ildə Tiflisdə gimnaziyanı bitirib.
Sankt-Peterburq Yollar İnstitutuna qəbul olub. 1870-ci ildə institutu
tamamladıqdan sonra Sankt-Peterburqda qalıb. Rusiyada bir çox yolların
və dövlət əhəmiyyətli obyektlərin çəkilişində yaxından iştirak edib.