“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

658

“Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib. O, 2 909-2 840 metr intervaldan gündəlik 100 ton neft və 24 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.