ABŞ-ın neft-servis şirkəti “Schlumberger” 2016-cı ili 1,627 mlrd. dollar zərərlə başa vurub.
“Report” xəbər verir ki, bu, şirkətin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.
2015-ci ildə isə şirkətin 2,135 mlrd. dollar mənfəəti olub.
Əvvəlki illə müqayisədə şirkətin illik gəliri 21,6% azalaraq 2016-cı ildə 27,81 mlrd. dollar düşüb. Şirkətin ötən ilin IV rübündə gəliri isə 7,107 mlrd. dollar təşkil eidb ki, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 8,2% azdır.