Gəmiçiliyin 13 min ton yükgötürmə qabiliyyətinə malik tankeri əsaslı təmirdən çıxıb

992

Tankerin  gövdəsi, baş və köməkçi mühərrikləri, bütün sistemləri ( yük, ballast, soyutma, yağlama sistemləri və s.) yüksək keyfiyyətlə  təmir olunub. Radio və naviqasiya cihazları, göyərtə mexanizmləri, lövbər bucurqadı, şpil, xilasedici avadanlıqlar və digər qurğular  saz vəzyiyyətə gətirilib.   Gəmi təmirçiləri  xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən  gələni əsirgəməyiblər.

Dəniz  sınaq yoxlanışından  uğurla çıxan “Nəsimi” tankeri  növbəti 5 il üçün istismara tam hazırdır.

Dahi Azərbaycan şairinin adını daşıyan tanker Xəzərdə istismar ediləcək,  Rusiya, Qazaxıstan, Türkmənistan istiqamətində neft və neft məhsulları daşıyacaq.